PSJ-nin hücumçusu Lionel Messi "Barselona"ya qayıtmağa hazırdır. Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto Tvitter hesabında paylaşım edib. 
 
O bildirib ki, Messi müqavilə imzalamadan əvvəl kluba iki dəfə müraciət edib.  
 
Belə ki, yaxın 10 gün ərzində klub La Liqa ilə onun geri dönüşünün komanda üçün əlverişli olduğunu təsdiqləməlidir. İkinci tələb hazırda Ansu Fatiyə məxsus olan 10 nömrəli formanı argentinalıya qaytarmaqdır. 
 
Messi 2000-2021-ci illərdə oynadığı "Barselona"ya pulsuz qayıda bilər. Onun PSJ ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest