26 May 2023, 18:30
FUTBOL
"O, hələ PSJ-də mövsümü başa vurmalıdı, sonra görək necə olacaq"
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti ölkəsi İtaliyaya qayıtmaq istəyir. Matc.az xəbər verir ki, bunu ulduz futbolçunun meneceri Rafaela Pimenta açıqlayıb.
Ancaq o, hələlik mövsümün başa çatmasını gözlədiklərini bildirib:
“Marko gec-tez vətənə qayıtmaq istəyir. Amma bunun baş verib-verməyəcəyini deyə bilmərəm. O, hələ PSJ-də mövsümü başa vurmalıdı, sonra görək necə olacaq”.
Qeyd edək ki, Marko Verratti 2012-ci ildən PSJ-nin formasını geyinir.