"Milan"ın hücumçusu Rafael Leaonun sərbəst qalma məbləğini müəyyənləşdirib. Matc.az xəbər verir ki, "rossonyerlər" portuqaliyalı forvardın qiyməti 170 milyon avroya qaldırıb.
 
Leao özü rəhbərlikdən onunla maraqlanan nəhənglərdən birinə satılmasını xahiş edib. İtalyanlar da 170 milyon avroya bunu etməyə razılıq verib. İyuldan etibarən kompensasiya məbləğinin aktivləşməsi gözlənilir.
 
Qeyd edək ki, Leao 2019-cu ildən "Milan"da çıxış edir. Onun hazırkı müqaviləsi gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest