Zinəddin Zidan PSJ-nin baş məşqçisi postuna prioritet namizəd olaraq qalır. Matc.az xəbər verir ki, fransalı mütəxəssis parislilərin qətərli sahibləri üçün əsas seçimdi.
 
"Roma"nın çalışdırıcısı Joze Mourinyo bu vəzifəyə digər iddialıdı. Klub rəsmisi Luis Kampos fevraldan portuqaliyalı ilə danışıqlar aparır. Lakin Mourinyo rəhbərlik üçün ehtiyat variantdı. Rəhbərlik Zidanda razılaşa bilməsə, Mourinyo ilə təmasları sürətləndirəcək.
 
Klub münasib mütəxəssis tapa bilməsə, Kristof Qaltye istefaya göndərilməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest