"Nə lazımdırsa edəcəyik. Heyəti mütləq gücləndirəcəyik, bundan heç kim narahat olmasın"

"Real"ın baş məşqçisi Karlo Ançelotti yay transfer pəncərəsi ilə bağlı planlarından danışıb. Matc.az xəbər verir ki, "kral klubu"nun Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellinqemi heyətə cəlnb etməyə yaxın olduğu bildirilir.
 
İtaliyalı mütəxəssis yeni transferlər olacağını söyləyib:
 
"Nə lazımdırsa edəcəyik. Heyəti mütləq gücləndirəcəyik, bundan heç kim narahat olmasın".
 
Qeyd edəkk ki, "Real" İspaniya La Liqasında 36 turdan sonra 74 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest