İtaliyanın "Yuventus" klubu qapıçısı Karlo Pinsolyonun müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, bu haqda Turin klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Təcrübəli qolkiperin daha iki il - 2025-ci ilin yayına kimi bu komandada qalacağı açıqlanıb.
 
33 yaşlı Pinsolyo "Yuventus"un yetirməsi olsa da, bu komandada 5 rəsmi oyuna çıxıb. Əvəzində o, "Viareccio", "Peskara", "Viçentsa", "Modena", "Livorno", "Latina" kimi klublarda icarədə oynamaq məcburiyyətində qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest