Azərbaycanın qadın voleybolçusu Yelizaveta Ruban Rumıniya Kubokunu qazanıb. Matc.az xəbər verir ki, ölkə çempionatında üçüncü yeri tutan Rubanın komandası "CSM Lugoj" kubokun finalında qalib gəlib.

Azərbaycanın qadın voleybolçusu Yelizaveta Ruban Rumıniya Kubokunu qazanıb. Matc.az xəbər verir ki, ölkə çempionatında üçüncü yeri tutan Rubanın komandası "CSM Lugoj" kubokun finalında qalib gəlib.
 
Millimizin üzvünün formasını geyindiyi komanda həlledici görüşdə "CSM Targoviste"ni üstələyib. Rəqibi üzərində 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesablı qələbə qazanan "CSM Lugoj" ölkə kubokunu başı üzərinə qaldırıb.

28 yaşlı hücumçu isə matçın ən yaxşısı seçilib.
 
Qeyd edək ki, Yelizaveta Ruban ötən ildən "CSM Lugoj"un şərəfini qoruyur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest