Aerobika gimnastikası üzrə yığma komandamızın üzvləri Leyla Bejanova, Arzu Ağayeva, Xədicə Quliyeva Slovakiyaya yola düşüblər.
 
Matc.az xəbər verir ki, onlar 31 mart - 2 aprel aralığında paytaxt Bratislava şəhərində keçiriləcək 24-cü Slovakiya Açıq Beynəlxalq turnirində iştirak edəcəklər.
 
Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri Leyli Ağazadə, Alina Məmmədova və Mədinə Dəmirova isə 31 mart - 3 aprel aralığında Bosniya və Hersoqovinanın Sarayevo şəhərində keçiriləcək "Suada Dilberoviç" beynəlxalq turnirinə yola düşüblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest