"Yuventus" İtaliya A Seriyasının 27-ci turunda "İnter"i 1:0 hesabıyla məğlub edib. Matc.az xəbər verir ki, Turin təmsilçisi 1976/77 mövsümündən sonra ilk dəfə İtaliya çempionatında "İnter"i iki dəfə məğlub edib.
 
46 il sonra bunu bacaran turinlilər Milan təmsilçisi ilə mövsümün ilk matçını da 2:0 hesablı qələbə ilə başa vurmuşdular.
 
"Qoca sinyora" hazırda İtaliya çempionatının turnir cədvəlində 41 xalla yeddinci, "İnter" isə 50 xalla üçüncüdür. "Yuventus"un məlum səbəblərdən 15 xalı silinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest