İngiltərə Premyer Liqasında mübarizə aparan klublar maliyyə qaydalarını pozmaqda təqsirli bilinən "Mançester Siti"nin elitadan qovulmasını istəyirlər. Matc.az xəbər verir ki, irəli sürülən ittihamlar təsdiqini tapsa, "şəhərlilər"ə heç bir güzəşt olmayacaq.

Bu barədə Britaniya mətbuatı məlumat yayıb. Klubun Premyer Liqadan kənarlaşdırılmasını ən çox arzulayanlar isə "Mançester Siti"nin əsas rəqibləridir. Söhbət "Mançester Yunayted", "Liverpul", "Arsenal", "çelsi" və "Tottenhem"dən gedir. Lakin xəbərdə o da bildirilir ki, hazırda müstəqil komissiyada baxılan prosesə Premyer Liqa klubları heç bir müdaxilə edə bilmir.

Xatırladaq ki, "Mançester Siti" 2009/2010 mövsümündən 2017/2018 mövsümünə qədər çoxsaylı maliyyə feyr-pleyi qaydalarını pozmaqda ittiham olunur. 2009-cu ildən bəri klub altı dəfə (2012, 2014, 2018, 2019, 2021 və 2022) Premyer Liqanın qalibi olub.

Britaniya mətbuatının digər iddiasına görə, "Mançester Siti" Premyer Liqadan kənarlaşdırılsa, baş məşqçi Xosep Qvardiola klubdan ayrılacaq. Məsələ burasındadır ki, Mançester təmsilçisi elitanı tərk edəcəyi halda, çempionşipə də buraxılmayacaq. Bu üzdən də komandanın daha aşağı divizionlara düşmək ehtimalı yaranıb. Belə olan halda, Qvardiolanın komandada qalması gözlənilmir.

Xatırladaq ki, Qvardiola hələ illər öncə "Mançester Siti"də maliyyə feyr-pleyi qaydalarının pozulması faktı aşkarlanacağı halda klubu tərk edəcəyini açıqlamışdı: "Rəhbərliyə dedim ki, mənə yalan danışsaz, ertəsi gün klubda olmayacağam. Mən ayrılacağam və daha sizi dost hesab etməyəcəyəm. Amma mən "Mançester Siti"dəki ilk gündən onlara 100 faiz inanıram. Buna görə də klubu müdafiə etməyə hazıram".

 

TURAN

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest