İtaliyanın "İnter" klubu müdafiəçisi Matteo Darmianla müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu yeni müqaviləyə əsasən 2024-cü ilin yayına qədər komandada qalacaq.
Darmian "Milan"ın yetirməsidir. "Padova", "Palermo", "Torino", "Mançester Yunayted" və "Parma" kimi klublarda da oynamış təcrübəli müdafiəçi 2020-ci ildən "İnter"də çıxış edir. O, bu komandada 92 oyuna 8 qol vurub. Müdafiəçi İtaliya yığmasında da 36 oyun keçirib, 1 qola imza atıb.
"İnter" digər oyunçularından Qabriel Brazanı SPAL-a, Eddi Salsedonu "Cenoa"ya, Sebastyano Espozitonu isə "Bari"yə icarəyə verib. Onların üçü də bu mövsümün sonuna kimi icarəyə göndərilib. Amma "Cenoa" Salsedonu satınalma şərti ilə heyətinə qatıb.
TURAN