İspaniya La Liqasında 17-ci turdan təxirə salınmış bir oyun keçirilib. Matc.az xəbər verir ki, günün yeganə matçında lider "Barselona" səfərdə "Betis"lə qarşılaşıb.

Kataloniya təmsilçisi bu oyunda növbəti qələbəsini rəsmiləşdirib. Bu qələbə sayəsində xalını 50-yə çatdıran "Barselona" əsas izləyicisi "Real"ı 8 xal qabaqlayır. Amma Madrid təmsilçisinin də təxirə salınmış bir oyunu var.

İspaniya La Liqası
17-ci turun oyunu
2 fevral

Betis – Barselona 1:2
Qol: Kunde, 85-öz qapısına – Rafinya, 65. Levandovski, 80.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest