"Şamaxı"nın qış hazırlıq proqramı məlum olub. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi təlim-məşq toplanışına 2023-cü il yanvarın 3-də start verəcək.

"Şamaxı"nın qış hazırlıq proqramı məlum olub. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi təlim-məşq toplanışına 2023-cü il yanvarın 3-də start verəcək.
 
Komanda hazırlığın ikinci mərhələsi üçün gələn ayın 8-də Antalyaya yollanacaq və "Kamilya Selin" otelində məskunlaşacaq. Yanvarın 19-dək qonşu ölkədə qalacaq "Şamaxı" bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. İlk görüşün ayın 11-də Qazaxıstan yüksək liqa təmsilçisi "Kaysar"la keçirilməsi razılaşdırılıb.
 
Digər 3 matçın keçirilmə tarixi və rəqiblər hələ bəlli deyil.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest