"Niyə gəlib komandanı dəstəkləmirlər? Evdə qalmaları daha yaxşı olardı. Onlara ehtiyacımız yoxdur"

İran yığmasının baş məşqçisi Karlos Keyruş İngiltərə ilə oyunda (2:6) komandalarını fitə basan iranlı azarkeşlərin davranışından narazı qalıb. Matc.az xəbər verir ki, o, belə fanatlara ehtiyaclarının olmadığını söyləyib: "Hər kəs bilir ki, indiki şəraitdə futbolçular fədakarlıq və konsentrasiya baxımından ən yaxşı vəziyyətdə deyillər, bütün bu problemlər (İrandakı aksiyalar) onlara da təsir edir. Mən onları uzun illərdir tanıyıram, onların bircə arzusu var - ölkə üçün, xalq üçün oynamaq və bundan həzz almaq. Belə bir şəraitdə əzmkarlıq göstərmələri, mübarizəni davam etdirmələri və İngiltərəyə iki qol vurduqları üçün futbolçularla fəxr edirəm.
 
2014 və 2018-ci illərdə azarkeşlərin tam dəstəyini aldıq. Niyə gəlib komandanı dəstəkləmirlər? Evdə qalmaları daha yaxşı olardı. Onlara ehtiyacımız yoxdur. Oyunçularımın son bir neçə gündə nələr yaşadıqlarını təsəvvür belə edə bilməzsiniz".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest