2024-cü ildə keçiriləcək futzal üzrə dünya çempionatının Avropa zonası üzrə əsas seçmə mərhələsinin 6-cı qrupunda yer alan Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşib. Matc.az xəbər verir ki, yığmamız ilk görüşünü Polşaya qarşı keçirəcək.

7 oktyabr, 2022
Azərbaycan – Polşa

11 oktyabr, 2022
Yunanıstan – Azərbaycan

3 mart, 2023
Azərbaycan – Yunanıstan

7 mart, 2023
Polşa – Azərbaycan

Qeyd: Qrup qalibi və ikinci pillədə yer alan komandalar arasında ən yaxşı göstəriciyə malik 4 komanda birbaşa elit-raunda vəsiqə qazanacaq. Qalan 8 qrup ikincisi isə pley-off oyunlarında üz-üzə gələcək. Elit-raundun püşkü isə 2023-cü il iyulun 5-də atılacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest