15 İyun 2022, 01:11
FUTBOL
Bu il Qətərdə keçiriləcək dünya çempionatına sonuncu vəsiqənin sahibi müəyyənləşib. Matc.az xəbər verir ki, sayca 32-ci iştirakçı komanda adını Kosta Rika yığması qazanıb.
Bu il Qətərdə keçiriləcək dünya çempionatına sonuncu vəsiqənin sahibi müəyyənləşib. Matc.az xəbər verir ki, sayca 32-ci iştirakçı komanda adını Kosta Rika yığması qazanıb.
Bu ölkə qitələrarası pley-off mərhələsinin final oyununda Yeni Zelandiyanı 1:0 hesabı ilə üstələyib. Kosta Rika yığmasının yeganə qolunu 3-cü dəqiqədə Joel Kempbell vurub.
Kosta Rika millisi Dç-2022-də İspaniya, Almaniya və Yaponiya ilə birlikdə E qrupuna düşüb.
Xatırladaq ki, Dç-2022 21 noyabr-18 dekabrda təşkil olunacaq.