Norveç yığmasının hücumçusu Erlinq Haland UEFA Millətlər Liqasında İsveçlə keçirilən oyunda Aleksandr Miloşeviçlə münaqişə yaşayıb. Matc.az xəbər verir ki, Haland Miloşeviçin onu hədələdiyini bildirib:
 
"Əvvəlcə məni fahişə adlandırdı, amma əminliklə deyə bilərəm ki, bu, belə deyil. İkincisi, ayaqlarımı sındıracağını dedi. Bu təhdiddən dəqiqə yarım sonra isə qol vurdum. Bu, möhtəşəm idi".
 
Norveç səfərdə İsveçə 2:1 hesabı ilə qalib gəlib. Komandasının hər iki qolunu məhz Haland vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest