"Səbail"lə müqaviləsinin müddəti başa çatan kapitan Rahid Əmirquliyevin aqibətinə aydınlıq gəlib

"Səbail"lə müqaviləsinin müddəti başa çatan kapitan Rahid Əmirquliyevin aqibətinə aydınlıq gəlib. Matc.az xəbər verir ki, o, "dənizçilər"lə yeni müqavilə imzalayacaq.
 
Bu barədə məlumatı saytımıza açıqlamasında futbolçunun özü də təsdiq edib. 32 yaşlı yarımmüdafiəçinin sözlərinə görə, komandanın yeni baş məşqçisi Mahmud Qurbanov da onun qalmasını istəyir. Bu üzdən növbəti mövsümdə də Rahidi "Səbail"in sıralarında görəcəyik.
 
Xatırladaq ki, Əmirquliyev 2018-ci ildən "Səbail"in formasını geyinir. Azərbaycan yığmasının sabiq üzvü əvvəllər "Şahdağ" (Qusar), "Xəzər Lənkəran" və "Qarabağ"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest