Almaniyanın "Bayern" klubu futbolçusu Korenten Tolisso ilə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Fransalı yarımmüdafiəçi ilə müddəti başa çatan müqavilə yenilənməyib.
 
2017-ci ildən Münhen təmsilçisində çıxış edən 27 yaşlı oyunçu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.
 
Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub. O, "Bayern"də 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest