Futbol üzrə Region Liqasında 2021/22 mövsümünün qalibi müəyyənləşib.

Futbol üzrə Region Liqasında 2021/22 mövsümünün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, final oyununda "Xan Lənkəran"a 1:0 hesabı ilə qalib gələn "Cəbrayıl" komandası çempion olub.
 
Şamaxı şəhər stadionundakı matçda yeganə qolu 79-cu dəqiqədə Tapdıq Əhmədov vurub. Görüşün əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Lənkəran təmsilçisinin futbolçusu Aqşin Paşazadə penaltidən yararlana bilməyib.
 
Beləcə, Cavid Hüseynovun baş məşqçi olduğu "Cəbrayıl" 2022/23 mövsümündə Azərbaycanı UEFA Region Kubokunda təmsil etmək hüququ qazanıb.
 
Bu gün həm də 3-cü yer uğrunda keçirilib. "Araz Naxçıvan" "Qusar"ı 2:1 hesabı ilə məğlub edərək bürünc medalların sahibi olub.
 
Xatırladaq ki, daha öncə "Cəbrayıl"la finala məhz "Araz Naxçıvan" vəsiqə qazanmışdı. Lakin yarımfinal mərhələsi çərçivəsində mayın 15-də keçirilmiş "Xan Lənkəran" – "Araz Naxçıvan" oyununda ikincilərin heyətində peşəkar müqaviləsi olan futbolçular aşkarlandığı üçün Naxçıvan komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Məhz bu üzdən final oyununda "Cəbrayıl" və "Xan Lənkəran" komandaları qarşılaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest