"çoxlu emosiya var. Hər şeyə obyektiv qiymət verməyə çalışacağam". Matc.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXVII tur matçından sonra mətbuat konfransında deyib.
 
Rusiyalı mütəxəssis bildirib ki, avrokuboklara çıxmaq məsələsinə görə nəticə baxımından müəyyən təzyiq var idi: "Buraxdığımız səhvlər bununla bağlı idi. Komandaya irad bildirə bilmərəm. 9 nəfərlə qaldığımız anda belə, hücum edib hesabı bərabərləşdirə bildik. Daha çoxuna ümid edirdik. Bu gün həddindn artıq lazımsız səhvlərə yol verdik. Kimisə günahlandırmaq çətindir".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest