"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərhələsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib.

"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 final mərhələsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, Baxşıyev, 1:0 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Uzun müddət idi rəsmi oyuna çıxmırdıq. çətin olacağını bilirdik. Düşüncəmiz daim topa nəzarət etmək idi. Dinamik oyun alındı, komanda əlindən gələni etdi. Hələ cavab oyunu olacaq. Bu matç daha ağır olacaq.
 
- Şansların faiz nisbətini necə dəyərləndirirsiz?
- Futbolda faiz nisbəti ilə dəyərləndirmə düz olmaz. Bu gün komanda gözlədiyimizdən daha artığını etdi.
 
- Son 10 dəqiqədə müdafiədən çıxa bilmədiz. Bu, nə ilə bağlı idi?
- Yorğunluq var idi, amma rəqibi də dəyərləndirmək lazımdır. "Sumqayıt" təzyiq göstərirdi. Hesabda öndə idik. Belə vəziyyətdə müdafiədə qalmağa məcbur olursan.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest