Futbol üzrə İtaliya A Seriyasında 22-ci tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.
 
Turun açılış matçında “Sampdoriya” doğma meydanda “Torino”nu qəbul edib. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.
 
“Latsio” autsayder “Salernitana”nın qonağı olub və 3 cavabsız qolla qalib gəlib. 
 
“Yuventus” isə “Udineze”ni sınağa çəkib. Turin təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib.
 
İtaliya A Seriyası
22-ci tur
15 yanvar
 
Sampdoriya – Torino 1:2
Qol: Kaputo, 18 – Sinqo, 27. Praet, 67.
 
Salernitana – Latsio 0:3
Qol: İmmobile, 7; 10. Lazzari, 66.
 
Yuventus – Udineze 2:0
Qol: Dibala, 19. Makkenni, 79.
 
16 yanvar
 
15:30. Sassuolo – Verona
18:00. Venetsiya – Empoli
21:00. Roma – Kalyari
23:45. Atalanta – İnter
 
17 yanvar
 
21:30. Bolonya – Napoli
21:30. Milan – Spetsiya
23:45. Fiorentina – Cenoa

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest