Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi önder Karaveli və 3 futboçu koronavirusa yoluxub. Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Qətərdə keçirilmiş Super Kubok oyunundan sonra ölkəyə qayıdan komandanın 4 üzvünün COVİD-19 testi pozitiv çıxıb. İnfeksiya aşkarlanmış şəxslər karantinə alınıb. Onların Super Liqanın 20-ci turu çərçivəsində baş tutacaq "Rizəspor"la oyunda iştirak etməyəcəkləri diqqətə çatdırılıb.
 
Xatırladaq ki, "Beşiktaş" Türkiyə Super Kuboku uğrunda matçda "Antalyaspor"la qarşılaşıb. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında İstanbul komandası qalib gəlib - 4:2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest