"Real" və "Barselona"nın keçmiş hücumçusu Samuel Eto Kamerun Futbol Federasiyasının prezidenti seçilib. Matc.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
 
40 yaşlı keçmiş futbolçu səsvermədə 43 səslə qalib olub və Kamerun futbolunun yeni rəhbəri olub.
 
Eto karyerası ərzində "Real", "Leqanes", "Espanyol", "Malyorka", "Barselona", "İnter", "Anji", "çelsi", "Antalyaspor" və "Konyaspor" klublarında forma geyinib. O, Kamerun yığmasında da 118 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest