Futbol üzrə Azərbaycan Birinci Divizionunda 10-cu tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
 
“Qaradağ Lökbatan” “Sabah”ın əvəzedicilərini qəbul edib. Beş qolun qeydə alındığı bu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Qarabağ”ın ikinci komandası “Zaqatala”nı qəbul edib. Bu oyunda qalib müəyyənləşməyib. “Sumqayıt”ın əvəzediciləri isə MOİK-lə ev oyununda böyük hesabla uduzub.
 
Birinci Divizion
10-cu tur
30 noyabr
 
Qaradağ Lökbatan – Sabah-2 3:2
Qol: Sabir Allahquliyev, 7; 90. Həbib İsmayılov, 58 – Kamran Quliyev, 22-pen. Fərid Kərimzadə, 24.
Hakimlər: Əli Əliyev, Kərim Zeynalov, Tərlan Talıbzadə, Kamranbəy Rəhimov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00
 
Qarabağ-2 – Zaqatala 1:1
Qol: Əli Nəcəfli, 43 – Maksud Ələkbərov, 7.
Hakimlər: Rövşən Rəcəbov, Vüqar Bayramov, Teymur Teymurov, Səbuhi Bayramov
Binə qəsəbə stadionu, 14:00
 
Sumqayıt-2 – MOİK 0:3
Qol: İsa Zeynallı, 20-pen. Rafael Qavami, 38. Samir İbrahimov, 77-öz qapısına.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Elman Kərimov, Emin Əliyev
Sumqayıt şəhər stadionu (ehtiyat meydança), 14:00
 
1 dekabr
 
Kəpəz – Zirə-2
Hakimlər: Emin Əliyev, Asiman Əzizli, Şirmamed Mamedov, Əli Əliyev
Gəncə şəhər stadionu, 14:00
 
Neftçi-2 – Səbail-2
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Elvin Bayramov
“Neftçi”nin məşq mərkəzi (4-cü meydança), 14:00
 
Keşlə-2 – Turan Tovuz
Hakimlər: Səbuhi Bayramov, Zöhrab Abbasov, Elman Kərimov, Rövşən Rəcəbov.
“ASK Arena”, 14:00

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest