Təcrübəli forvard 150 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina yığmasının və Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messi 105 xalla ikinci, İtaliya millisinin və İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Jorjinyo 40 xalla üçüncü olub.

Futbol üzrə Polşa millisinin və Almaniyanın “Bayern” klubunun hücumçusu Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib. Matc.az xəbər verir ki, 33 yaşlı hücumçu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.
 
Təcrübəli forvard 150 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina yığmasının və Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messi 105 xalla ikinci, İtaliya millisinin və İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Jorjinyo 40 xalla üçüncü olub.
 
Portuqaliya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Kristiano Ronaldo isə 15 xalla 7-ci ola bilib.
 
1. Robert Levandovski (Polşa – “Bayern”) - 150
2. Lionel Messi (Argentina – “Barselona/PSJ) - 105
3. Jorjinyo (İtaliya – “Çelsi”) - 40
4. Kevin De Bruyne (Belçika - “Mançester Siti”) - 35
5. Məhəmməd Salah (Misir – “Liverpul”) - 20
6. Kilian Mbappe (Fransa – PSJ) - 20
7. Kristiano Ronaldo (Portuqaliya - “Mançester Yunayted”) - 15
8. Nqolo Kante (Fransa – “Çelsi”) - 10
9. Canluici Donnarumma (İtaliya – “Milan”/PSJ) - 10
10. Erlinq Haland (Norveç – “Borussiya”, Dortmund) - 5
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest