AFFA millimizin baş məşqçisi Canni De Byazi ilə vidalaşır. Matc.az xəbər verir ki, bu barədə İtaliyanın "TuttoMercato" nəşri məlumat yayıb.
 
Xəbərə görə, 65 yaşlı mütəxəssisin noyabrın 30-da başa çatacaq müqaviləsi yenilənməyəcək. Buna səbəb isə onun rəhbərliyi altında yığma komandanın uğursuz çıxışıdır.
 
Qeyd edək ki, Canni De Byazi millimizə 2020-ci ilin avqustunda baş məşqçi təyin olunub. Azərbaycan yığması arxada qalan 1 ildə keçirdiyi 20 oyunda 2 qələbə qazanıb, 6 dəfə heç-heçə edib və 12 dəfə məğlub olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest