Məlumatda bildirilir ki, Kane mövsümün sonunadək Bakı klubunda qalacaq. "Olimpiakos"un belə qərar verməsinə səbəb 24 yaşlı futbolçunun "Neftçi"də daha çox oyun təcrübəsi qazanmaq şansının olmasıdır.

Yunanıstanın "Olimpiakos" klubu icarə əsasında "Neftçi"də çıxış edən futbolçusu Mamadu Kane ilə bağlı qərarını dəyişib. Matc.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, Kane mövsümün sonunadək Bakı klubunda qalacaq. "Olimpiakos"un belə qərar verməsinə səbəb 24 yaşlı futbolçunun "Neftçi"də daha çox oyun təcrübəsi qazanmaq şansının olmasıdır. 
 
Bundan əvvəl isə Yunanıstan klubunun qışda Kaneni heyətinə qaytaracağı bildirilmişdi. 
 
Yayda "Olimpiakos"a transfer olunan Kane "Neftçi"yə bir illiyə icarəyə verilib. Onun Yunanıstan klubu ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest