Futbol üzrə İtaliya A Seriyasında 12-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
"Udineze" "Sassuolo"nu, "Latsio" isə "Salernitana"nı məğlub yola salıb. "Sampdoriya" isə "Bolonya" ilə oyundan məğlubiyyətlə ayrılıb. 
 
Joze Mourinyolu "Roma" "Venetsiya" səfərinə yollanıb. Paytaxt təmsilçisi bu oyunda da məğlubuyyətlə üzləşib.
 
Lider "Napoli" isə "Verona"nın müqavimətini qırmağı bacarmayıb. Komandalar meydanı hərəyə 1 xalla tərk ediblər.
 
Turun mərkəzi görüşü Milan şəhərində keçirilib. Son çempion "İnter" bu mövsüm uğurlu çıxış edən və hələ məğlub olmayan "Milan"la üz-üzə gəlib. Bu qarşılaşmada da qalib müəyyənləşməyib.
 
İtaliya A Seriyası
12-ci tur
5 noyabr
 
Empoli – Cenoa 2:2
Qol: Di Françesko, 62. Jurkovski, 72 – Krişito, 13-pen. Byanki, 89.
 
6 noyabr
 
Spetsiya – Torino 1:0
Qol: Sala, 58.
 
Yuventus – Fiorentina 1:0
Qol: Kuadrado, 90+1.
 
Kalyari – Atalanta 1:2
Qol: J.Pedro, 27 – Paşaliç, 6. Sapata, 43.
 
7 noyabr
 
Venetsiya – Roma 3:2
Qol: Kaldara, 3. Aramu, 65-pen. Okereke, 74 – Şomurodov, 43. Abraham, 45+2.
 
Sampdoriya – Bolonya 1:2
Qol: Torsbi, 77 – Svanberq, 47. Arnautoviç, 78.
 
Udineze – Sassuolo 3:2
Qol: Deulofeu, 8. Frattesi, 39-öz qapısına. Beto, 51 – Berardi, 15. Frattesi, 28.
 
Latsio – Salernitana 3:0
Qol: İmmobile, 31. Pedro, 36. Alberto, 69.
 
Napoli – Verona 1:1
Qol: Di Lorenso, 18 – Simeone, 13.
 
Milan – İnter 1:1
Qol: De Vrey, 17-öz qapısına – H.çalhanoğlu, 11-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest