Futbol üzrə Türkiyə Super Liqasında 12-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha dörd qarşılaşma baş tutub.
 
"Sivasspor" – "Girəsunspor" matçında qapılara qol vurulmayıb. "Antalyaspor" "Altay"ı minimal hesabla üstələyib. Ardıcıl üç oyundur ki, qələbə qazanan "Başakşəhər" bu turda "Yeni Malatyaspor"un qonağı olub və bu görüşdən də 3 xalla ayrılıb.
 
Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider "Trabzonspor" son çempion "Beşiktaş"ın qonağı olub. üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəyə seviniblər.
 
Türkiyə Super Liqası
12-ci tur
5 noyabr
 
Qaziantep – Kasımpaşa 2:0
Qol: Fiqeyredo, 37. Koker, 86.
 
Rizəspor – Alanyaspor 2:0
Qol: S.Ay, 11. Djokoviç, 70.
 
6 noyabr
 
Sivasspor – Girəsunspor 0:0
 
Yeni Malatyaspor – Başakşəhər 1:3
Qol: K.Kanatsızkuş, 90+2 – T.Cigerçi, 39. Vişça, 59. Okaka, 61.
 
Antalyaspor – Altay 1:0
Qol: Mukayru, 49.
 
Beşiktaş – Trabzonspor 1:2
Qol: Larin, 62 – A.ömür, 45+4. Kornelius, 90+6.
 
7 noyabr
 
14:30 Göztəpə – Konyaspor
17:00 Fatih Karagümrük – Qalatasaray
17:00 Adana Dəmirspor – Hatayspor
20:00 Fənərbaxça – Kayserispor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest