Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatının ikinci günündə çıxışlarını bitiriblər.

Azərbaycanın bədii gimnastları Zöhrə Ağamirova, Arzu Cəlilova və Nərmin Bayramova Yaponiyanın Kitakyuşu şəhərindəki dünya çempionatının ikinci günündə çıxışlarını bitiriblər. Matc.az xəbər verir ki, Ağamirova lentlə hərəkətlərdə 19,950 xal toplayıb və 12-ci sırada qərarlaşıb. Bu növdə 16,475 xal qazanan Bayramova isə 30-cu yerlə kifayətlənib.
 
Arzu Cəlilova gürzlərlə (21,700) 20-ci yeri tutub. Ağamirova isə bu alətlərdə (22,050) 14-cü pillədə yer alıb.
 
Onlar 8-liyə düşmək şanslarını itirdikləri üçün fərdi mübarizədə finala vəsiqə qazana bilməyiblər.
 
Ağamirovanın çoxnövçülükdə 4 çıxışdan sonra hələlik 84,550 xalı var. Mundialda 3 alətlə çıxış edən Cəlilova isə 65,650 xala malikdir.
 
Ağamirovanın çoxnövçülükdə finala vəsiqə qazanıb-qazanmayacağı təsnifat mərhələsinin sonunda bilinəcək.
 
Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət qrup hərəkətləri komandası oktyabrın 29-da 5 top, həmçinin, 3 halqa və 2 cüt gürzlərlə çıxışlarını nümayiş etdirəcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest