İtaliyanın "Milan" klubu müdafiəçisi Simon Kyaerlə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Danimarkalı futbolçunun sözləşməsinin müddəti 2024-cü ilin yayınadək uzadılıb.
 
32 yaşlı müdafiəçi 2020-ci ilin yanvarından Milan şəhərinin eyniadlı təmsilçisində çıxış edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest