Qanalı futbolçu Fransis Afriyie karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xəbər verir ki, bu barədə 26 yaşlı hücumçu özü məlumat verib. O, ölkəsinin mətbuatına açıqlamasında "Sabah"la 2 illik müqavilə imzaladığını bəyan edib. Futbolçu noyabrın 1-dək Azərbaycan klubunun düşərgəsinə qoşulmaq üçün viza gözlədiyini bildirib.

"Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov isə bildirib ki, onlar qanalı hücumçu ilə maraqlanmayıblar: "Biz bu futbolçunu ümumiyyətlə tanımırıq və maraqlanmamışıq. Bu üzdən onunla müqavilə bağlamağımız haqda məlumat da həqiqəti əks etdirmir".

Fransis Afriyie karyerasına ölkəsinin "Bechem Yunayted" komandasında başlayıb. Daha sonra o, Serbiyada "Voyvodina"nın, Meksikada "Murseqalos"un, Keniyada "Qor Mahiya" komandasının da formasını geyinib. Forvardın son iş yeri 2020-ci ildən çıxış etdiyi "Taunşip Rollers" (Botsvana) olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest