"Keşlə" Azərbaycan çempionatlarında 600-cü oyununu keçirib. Matc.az xəbər verir ki, yubiley Premyer Liqanın 7-ci turuna təsadüf edib. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.
 
Əvvəllər "Xəzər Universiteti" və "İnter" adları altında da çıxış etmiş Bakı klubu ölkə çempionatında 1999/2000 mövsümündən mübarizə aparır. Paytaxt təmsilçisi bu müddətdə 277 qələbə qazanıb, 156 heç-heçə edib və 167 dəfə uduzub.
 
Qeyd edək ki, "Keşlə" çempionatdakı oyun sayında 3-cü komandadır. Yalnız "Qarabağ"la "Neftçi" daha çox (hər ikisi 832) matça çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest