DÇ-2022-nin seçmə mərhələsinin 8-ci turundan sonra komandaların və futbolçuların statistik göstəriciləri açıqlanıb. Matc.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ən çox seyv edən qapıçılar arasında yer alıb.

O, meydana çıxdığı 7 oyunda 40 qurtarışla yadda qalıb. 27 yaşlı qapıçı hazırda bu göstərici üzrə 3-cü sırada yer alıb.
 
DÇ-2022-nin seçmə mərhələsində ən çox seyv edən qapıçı San Marino yığmasının üzvü Elia Benedettinidir. O, 44 seyvlə yadda qalıb.
 
Azərbaycan yığması seçmə mərhələsinin A qrupunda 1 xalla sonuncudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest