Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İrlandiya yığmasına 0:3 hesabı ilə uduzduqları oyunu şərh edib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis "Tuttomercato" nəşrinə müsahibəsində bunları söyləyib:
 
"Təəssüf ki, Serbiyaya evdə İrlandiyaya sensasiyalı məğlubiyyətdən sonra gəlmişik. Həm Bakıda oynadığımızdan, həm də təqribən 1 ay öncə Dublindəki yaxşı oyunumuzun fonunda qələbə qazanacağımızı düşünürdük. Böyük hesabla məğlub olmağımıza erkən qol buraxmağımız səbəb oldu. Həqiqət budur ki, qol vurmaq üçün mübarizə aparırıq. ümid edirəm, heyətdəki itkilərə baxmayaraq, Serbiya kimi yüksək keyfiyyətli komandaya qarşı matçda fərqlənə biləcəyik".
 
Bu gün baş tutacaq Serbiya ilə matça da toxunan De Byazi rəqibin heyətində Duşan Vlahoviçi fərqləndirib: "Təəssüf ki, bu gün evdə bizə qarşı oynayacaq. Vlahoviç karyerasının zirvəsində olan futbolçudur".
 
Yığma üzvlərinin əksəriyyətinin Azərbaycan Premyer Liqasında oynadığını xatırladan 65 yaşlı baş məşqçi komandaların heyətinin 50 faizinin legionerlərdən ibarət olduğunu söyləyib: "Görüləcək işlər çoxdur, amma bilirəm ki, həyatda hər şey təsadüfən baş vermir. İşləmək şansınız varsa və bir neçə gənci üzə çıxara bilirsinizsə, bəlkə də sizi qane edəcək bir şey tapmaq olar. İndiyədək məqsədim sadə idi: bir komanda qurmaq və oraya 1998-2000-ci il təvəllüdlü gəncləri daxil etmək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest