Futbol üzrə Niderland millisinin hücumçusu Memfis Depay yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu buna Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Cəbəllütariqə 6:0 hesabı ilə qalib gəldikləri oyunda nail olub.
 
İspaniyanın "Barselona" klubunun formasını geyinən forvard bu görüşdə dubla imza ataraq təqvim ilində millidə 13-14-cü qollarını vurub. Beləliklə, Depay Patrik Klyuvertin 12 qolluq rekordunu qırıb.
 
Qeyd edək ki, Niderland millisi 19 xalla yer aldığı G qrupunda vahid liderdir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest