Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 8-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə altı qrup üzrə 14 qarşılaşma baş tutub.

A qrupunda Azərbaycan millisi səfərdə Serbiya ilə üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. Portuqaliya yığması isə Lüksemburqu böyük hesabla məğlub edib.

B qrupunda Kosovo yığması doğma meydanda Gürcüstana uduzub. İsveç isə Yunanıstan yığmasını məğlub yola salıb.

C qrupunda da iki görüş baş tutub. İsveçrə millisi Litvanın qonağı olacaqsa, Şimali İrlandiya da Bolqarıstanla münasibətlərinə aydınlıq gətirəcək. Litvada qonaqlar darmadağına sevinib. Digər oyun isə bolqarlarların qələbəsiylə yekunlaşıb.

D qrupunda Qazaxıstan Finlandiyanı sınağa çəkib. Qonaqlar bu görüşdə iki cavabsız qolla qalib gəliblər. Ukrayna yığması isə Bosniya və Herseqovina ilə ev oyununda qələbəni əldən verib.

F qrupunda Şotlandiya yığması Farer adaları ilə səfər oyunundan çətin qələbə ilə ayrılıb. İsrail Moldovanı, Danimarka isə Avstriyanı məğlub yola salıb. Bu nəticələrdən sonra Danimarka yığması da mundiala vəsiqəni vaxtından öncə təmin edib. Daha öncə Almaniya yığması da DÇ-2022-yə vəsiqə qazanmışdı.

Nəhayət İ qrupunda İngiltərənin rəqibi Macarıstan olub. Britaniya təmsilçisi bu görüşdən xal itkisi ilə ayrılıb. Albaniya yığması Polşanı qəbul edib. Bu oyunda qonaqlar minimal hesabla üstün olublar. Xala həsrət olan San Marino isə bu dəfə Andorraya böyük hesabla uduzub.

DÇ-2022-nin seçmə mərhələsi
8-ci tur
12 oktyabr

A qrupu

Portuqaliya – Lüksemburq 5:0
Qol: Ronaldo, 8-pen; 13-pen; 87. B.Fernandes, 18. Palinya, 69.

Serbiya – Azərbaycan 3:1
Qol: Vlahoviç, 30-pen; 53. D.Tadiç, 83-pen – E.Mahmudov, 45+2.

Xal durumu: Serbiya – 17, Portuqaliya – 16, Lüksemburq – 6, İrlandiya – 5, Azərbaycan – 1.

B qrupu

Kosovo – Gürcüstan 1:2
Qol: Muriqi, 45 – Okriaşvili, 11. Davitaşvili, 82.

İsveç – Yunanıstan 2:0
Qol: Forsberq, 58-pen. İsak, 69.

Xal durumu: İsveç – 15, İspaniya – 13, 12, Yunanıstan – 9, Gürcüstan – 4, Kosovo – 4.

C qrupu

Litva – İsveçrə 0:4
Qol: Embolo, 31; 45. Şteffen, 42. Qavranoviç, 90+4.

Bolqarıstan – Şimali İrlandiya 2:1
Qol: Nedelyev, 53; 64 – Vaşinqton, 35.

Xal durumu: İtaliya 14, İsveçrə – 14, Bolqarıstan – 8, Şimali İrlandiya – 5, Litva – 3.

D qrupu

Qazaxıstan – Finlandiya 0:2
Qol: Pukki, 45; 48.

Ukrayna – Bosniya və Herseqovina 1:1
Qol: Yarmolenko, 15 – Ahmedhodziç, 77.

Xal durumu: Fransa – 12, Ukrayna – 9, Finlandiya – 8, Bosniya və Herseqovina – 7, Qazaxıstan – 3.

F qrupu

Farer adaları – Şotlandiya 0:1
Qol: Dayks, 86.

İsrail – Moldova 2:1
Qol: Zahavi, 28. Dabbur, 49 – Nikolaesku, 90+5.

Danimarka – Avstriya 1:0
Qol: Mehle, 53.

Xal durumu: Danimarka – 24, Şotlandiya – 17, İsrail – 13, Avstriya – 10, Farer adaları – 4, Moldova – 1.

İ qrupu

İngiltərə – Macarıstan 1:1
Qol: Stounz, 37 – Sallai, 24-pen.

Albaniya – Polşa 0:1
Qol: Sviderski, 77.

San Marino – Andorra 0:3
Qol: Puyol, 10. Moreno, 53. Betryu, 89.

Xal durumu: İngiltərə – 20, Polşa – 17, Albaniya – 15, Macarıstan – 11, Anorra – 6, San Marino – 0.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest