21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Finlandiya oyununun hakimləri açıqlanıb. Matc.az xəbər verir ki, bu qarşılaşmanı Belarusdan olan hakimlər idarə edəcək.
 
Qarşılaşmanın baş hakimi Viktor Şimuşik olacaq. Ona yan xətt hakimləri Anton Qusevlə Sergey Kosovets kömək edəcək. Dördüncü hakim isə Vitali Sevostyanik olacaq.
 
Azərbaycan – Finlandiya oyunu oktyabrın 8-də Sumqayıt şəhərindəki "Kapital Bank Arena"da keçiriləcək. Bu oyuna saat 20:30-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest