Futbol üzrə Fransa çempionatında 4-cü tura yekun vurulub. Matc.az xəbər verir ki, turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
 
"Klermon" – "Mets" və "Lans" – "Loryan" matçlarında qalib müəyyənləşməyib. "Anje" "Renn"i, "Strasburq" isə "Brest"i məğlub yola salıb.
 
Səfərdə "Trua" ilə qarşılaşan "Monako" turu qələbə ilə başa vurub. Əvvəlki üç turda qələbəyə həsrət qalan son çempion "Lill" də nəhayət bu turda ilk dəfə 3 xala sevinib. Sözügedən komanda doğma meydanda "Monpelye"yə qalib gəlib.
 
Parisin PSJ komandası isə səfərdə "Reyms"lə qarşılaşıb. Argentinalı hücumçu Lionel Messinin debüt etdiyi bu matçda parislilər inamlı qələbəyə seviniblər.
 
Fransa Liqa 1
4-cü tur
27 avqust
 
Nant – Olimpik (Lion) 0:1
Qol: Dembele, 35.
 
28 avqust
 
Nitsa – Bordo 4:0
Qol: Kluyvert, 7. Quiri, 33; 42. Turam, 85.
 
Olimpik (Marsel) – Sent-Etyen 3:1
Qol: Genduzi, 23. Jerson, 51. C.ünder, 69 – Kolodzeyçak, 32.
 
29 avqust
 
Trua – Monako 1:2
Qol: Aqilar, 51-öz qapısına – Diop, 40; 58.
 
Anje – Renn 2:0
Qol: Bufal, 57. ço, 88.
 
Klermon – Mets 2:2
Qol: Niakate, 35-öz qapısına. Raşani, 58 – Niane, 10. Desmas, 29-öz qapısına.
 
Lans – Loryan 2:2
Qol: Kloss, 24. Fofana, 70 – Loryan, 27. Monkondui, 35.
 
Strasburq – Brest 3:1
Qol: Prçiç, 24. Duverne, 42-öz qapısına. Tomasson, 84 – Kardona, 26.
 
Lill – Monpelye 2:1
Qol: Y.Yazıçı, 45+1. David, 57 – Laborde, 45+3.
 
Reyms – PSJ 0:2
Qol: Mbappe, 16; 63.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest