"Qarabağ"ın futbolçusu Marko Veşoviç Monteneqro millisinə çağırılıb. Matc.az xəbər verir ki, yığmanın məşqçisi Miodraq Raduloviç Dç-2022-nin seçmə mərhələsində sentyabrda keçiriləcək oyunlar üçün 29 yaşlı müdafiəçiyə də dəvət göndərib.
 
Qeyd edək ki, Monteneqro millisi sentyabrın 1-də Türkiyə, 4-də Niderlandla səfərdə, 7-də Latviya ilə evdə görüşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest