"Qarabağ" Konfrans Liqasının pley-off mərhələsinin "Aberdin"lə (Şotlandiya) cavab oyununa ciddi itki ilə çıxacaq. Matc.az xəbər verir ki, Patrik Andrade Şotlandiyadakı qarşılaşmada iştirak edə bilməyəcək.
 
Buna onun cəzalı duruma düşməsi səbəb olub. Kabo-Verdeli yarımmüdafiəçi Bakıdakı ilk görüşdə (1:0) sarı vərəqə alıb. Bu, onun mövsümdə 3-cü xəbərdarlığı olub.
 
Qeyd edək ki, "Aberdin" - "Qarabağ" matçı avqustun 26-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest