Belçikanın "Ostende" komandasının sabiq futbolçusu Frank Berye 37 yaşında dünyasını dəyişib. Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Keçmiş yarımmüdafiəçinin ölümünə ürək tutması səbəb olub. İdmanla məşğul olarkən ürəyi dayanan keçmiş oyunçunun həyatını xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, Berye Belçikada "Ostende" ilə yanaşı, "Sulte Varegem", "Standard" və "Mexelen" klublarının, həmçinin ölkəsində "Kann" və "Bovo" komandalarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest