Türkiyənin "Adana Dəmirspor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi yarımmüdafiəçilər Metehan Mimaroğlu və David Akintolanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Mimaroğlu ilə 2+1, Akintola ilə 3 illik müqavilə imzalanıb.
 
Sol cinah vingeri olan Metehan Mimaroğlu ötən mövsüm "Altınordu" klubunda çıxış edib. 27 yaşlı futbolçu bu komandanın heyətində meydana çıxdığı 49 oyunda 12 qolla yadda qalıb.
 
David Akintola isə Danimarkanın "Midtyulland" klubundan transfer olunub. 25 yaşlı nigeriyalı vinger bu komandada heyətə düşə bilmədiyi üçün "Tisted", "Jerv", "Hauqesund", "Rusenborq", "Omoniya" kimi klublarda icarədə oynayıb. Geridə qalan mövsümdə isə o, Türkiyənin "Hatayspor" klubunda icarədə olub. Yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 37 matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest