İtaliyanın "Napoli" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Neapol təmsilçisinin yarımmüdafiəçisi Dieqo Demme sıradan çıxıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Pro Verçelli" ilə yoxlama matçında zədələnən Demmenin durumu ciddidir. Yarımmüdafiəçi azı 3 ay yaşıl meydanlardan uzaq qalacaq.
 
"Napoli" "Pro Verçelli"ni 1:0 hesabıyla məğlub edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest