UEFA çempionlar Liqasının 2-ci mərhələsinin "Olimpiakos"la (Yunanıstan) ilk matçında qırmızı vərəqə alan Mert çelik sosial şəbəkə hesabında paylaşım edib. Matc.az xəbər verir ki, 21 yaşlı müdafiəçi, meydandan qovulduğu üçün çox məyus olduğunu deyib:
 
"Cavab matçında komandamı tək buraxdığım üçün çox məyusam. ümid edirəm ki, Bakıda daha yaxşı nəticə əldə edərik".
 
"Neftçi" ilk matçda "Olimpiakos"a 0:1 hesabıyla uduzub. Komandalar arasındakı cavab matçı iyulun 28-də Bakıda olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest