UEFA çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Yunanıstanda keçirilən "Olimpiakos"la səfər oyununda ağır zədə alan "Neftçi"nin hücumçusu Namiq Ələsgərov sosial şəbəkə hesabında paylaşım edib. Matc.az xəbər verir ki, 26 yaşlı futbolçu öz fotosunu paylaşaraq bunları qeyd edib:
 
"Hər şey yaxşıdır. Dəstəyinizə görə hər birinizə təşəkkür edirəm".
 
Qeyd edək ki, 43-cü dəqiqədə rəqib futbolçu Məhəmməd Kamaranın kobud oyunundan sonra sifətindən qan açılan Ələsgərov görüşü davam etdirə bilməyib. Onun əvəzinə meydana Mirabdulla Abbasov daxil olub. Futbolçunun burun, almacıq və kəllə-beyin nahiyəsində sınıqlar aşkarlanıb.
 
"Neftçi" bu oyundan minimal hesabla məğlub ayrılıb - 0:1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest