Futbol üzrə Rusiya Super Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici oyunda son ölkə çempionu "Zenit"lə Rusiya kubokunun qalibi "Lokomotiv" (Moskva) qarşılaşıb.
 
Kalininqradda təşkil olunmuş həlledici matçda "Zenit" qalib gəlib. Sankt-Peterburq təmsilçisi rəqibini darmadağın edib – 3:0.
 
Beləliklə, "Zenit" tarixində 6-cı dəfə Rusiya Super Kubokunun qalibi adını qazanıb. Bu komanda daha öncə 2008, 2011, 2015, 2016 və 2020-ci illərdə də Super Kuboku başı üzərinə qaldırmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest