Aç-2020-nin qalibi olan İtaliya yığmasının müdafiəçisi Leonardo Bonuççi turnirin tarixinə düşüb.
 
Matc.az xəbər verir ki, İngiltərə ilə həlledici matçda fərqlənən Bonuççi, Avropa çempionatları tarixində finallarda qol vuran ən yaşlı futbolçuya çevrilib. İngilislərə qol vuran müdafiəçi 34 yaş 71 günlüyündə olub.
 
İtaliya yığması əsas vaxtı 1:1 hesabıyla bitən matçda İngiltərəni penaltilər seriyasında 3:2 hesabıyla məğlub edib və Avropa çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest